Məktəblilər hərbi hissələrdə


20:05     19 Mart 2016 mekteb9.jpg

Novruz bayramı ərəfəsində respublikanın müxtəlif məktəblərinin şagirdləri Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində xidmət edən əsgər və zabitlərlə görüşüblər.


Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, hərbi hissələrdə əsgərlərin məişət şəraiti ilə tanış olan məktəblilərə şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə ətraflı məlumat verilib.

Bayram sevinclərini hərbi hissələrdə xidmət edən əsgər və zabitlərlə bölüşən məktəblilər onlara təbrik və xoş arzularını çatdırıb, Novruz sovqatlı xonçalarını təqdim ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 995