Şotlandiyada Novruz bayramı qeyd olunub


20:39     19 Mart 2016 novruz%20bayr.jpg

Aberdin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Şotlandiyada Novruz bayramı qeyd olunub.


Femida.az-ın məlumatına görə, bayramla əlaqədar keçirilən tədbirdə çıxış edən Aberdin Azərbaycan Cəmiyyətinin sədri, Aberdin Universitetinin tələbəsi Kənan Əliyev Novruz bayramı haqqında, eləcə də Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı barədə qonaqlara ətraflı məlumatlar verib.

Qonaqlar cəmiyyətin üzvləri tərəfindən ifa edilən Azərbaycanın milli musiqi və rəqslərlə tanış olublar. Eyni zamanda, tədbir zamanı qonaqlara Azərbaycan mətbəxinin zəngin çeşidli yeməkləri təqdim olunub.

Tədbir iştirakçıları Azərbaycanın milli adətlərini yüksək rəğbətlə qarşılayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 973