Zakir Həsənov hərbi hospitalda - Foto
00:34 20 Mart 2016
Martın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Femida.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə edib.
Hospitalın korpuslarına baş çəkən Müdafiə naziri orada müalicə alan şəxsi heyətlə görüşüb, onların səhhəti ilə maraqlanıb və Novruz bayramı münasibəti ilə təbrik edib.
Ağır xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə general-polkovnik Z.Həsənovun göstərişinə əsasən 10 ədəd ən müasir çoxfunksiyalı çarpayı hərbi hospitalın təminatına verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.
Oxunub: 845
Oxşar xəbərlər
- Zakir Həsənov şəxsi heyətlə iş üzrə zabitlərlə görüşüb
- Zakir Fərəcov iki məmuru işdən çıxardı
- Zakir Həsənov müşavirə keçirdi - Nazirdən tapşırıq
- Zakir Həsənov `Rembo`nu Gülhanəyə göndərdi
- Zakir Həsənov əsgər valideynləri ilə görüşdü - FOTOLAR
- Zakir Həsənov rumıniyalı həmkarı ilə görüşdü
- Zakir Həsənov tank bölmələrində olub
- Zakir Həsənov cəbhə xəttinə getdi - FOTOLAR
- Zakir Həsənov Anjey Kaspşik ilə görüşdü
- Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib