79 yaşlı kişi evində ölü tapılıb


04:47     20 Mart 2016 6d5be22402056bac960911219b7f4f5a%20(1).jpg


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda fərdi yaşayış evində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər yaşayış evinə pəncərədən daxil olub və 1937-ci il təvəllüdlü İsmayılov Cəlal İsmayıl oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:06-da başa çatıb.

Açar sözlər:

Oxunub: 626