İstanbulda terror törədənin adı məlum olub


19:15     20 Mart 2016 img2035528.jpg

Ötən gün İstanbul şəhərinin Beyoğlu rayonunda terror aktı törədən kamikadzenin adı məlum olub.



Femida.az türk mətbuatına istinadən xəbər verir ki, İstiqlal küçəsində özünü partladan terrorçunun 24 yaşlı Mehmet Öztürk olduğu məlum olub.

Terrorçunun ailə üzvlərindən alınan qan testləri ilə cəsəddən alınan qan nümunələrini müqayisə edən həkimlər, M.Öztürkün adını açıqlayıb.

Qeyd edək ki, dünən İstanbulda kamikadzenin özünü partlatması nəticəsində 24 nəfər yaralanıb. Yaralıların 3-ü İsrail vətəndaşıdır. Yaralılar İstanbulun 4 ayrı xəstəxanasına yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Açar sözlər:

Oxunub: 1909