Gəncədə 22 yaşlı gənc bıçaqlanıb


20:41     20 Mart 2016 bicaq54.jpg


APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1994-cü il təvəllüdlü İlkin Hümbətov bədənin müxtəlif hissələrinin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

İ. Hümbətova dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə İ. Hümbətov şəhərin “Depo qəsəbəsi” adlanan ərazisində dava zamanı bıçaqlanıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 830