Kürdəmirdə ev yanıb


13:10     21 Mart 2016 ev%20yangini.jpg

Bayram axşamı Kürdəmirdə ev yanıb.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Cəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə, 2-ci mərtəbədə 3 otağın yanar konstruksiyaları və dam örtüyü 101 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 869