Dollar ucuzlaşdı, avro bahalaşdı - MƏZƏNNƏ


15:25     09 İyun 2015 14328775175567f9cd2d123.jpg

Bu gün iyunun 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi azalıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 9-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0011 manat və ya 0,1% azalaraq 1,0476 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0213 manat və ya 1,83% bahalaşaraq 1,1858 manat olub.

Açar sözlər:

Oxunub: 991