Səbaildə ev yandı


15:54     22 Mart 2016 femida%20yangin76.jpg

Bu gecə Bakı şəhəri, Səbail rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə edilib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 761