Gənc aktrisa intihar etdi


17:00     22 Mart 2016 nilay.png

Bu günə kimi bir çox serialda rol alan türkiyəli aktrisa Gülay Bursalı intihar edib.


Femida.az xəbər verir ki, gənc aktrisa özünü onuncu mərtəbədən atıb. Buna səbəb onun təcavüzə məruz qalması olub.

Belə ki, gecə yarısına qədər dostu ilə klubda əylənən Gülay sevgilisinin bir günlük kirayələdiyi evə gedib. Ancaq adı açıqlanmayan makler əşyalarını almaq bəhanəsi ilə aktrisa ilə sevgilisinin qaldığı evə gəlib. Cinayətkarın yanında bir nəfər başqa adam da olub. Onlar əvvəlcə aktrisanın oğlan dostunu döyüb telefonunu əlindən alıblar. Daha sonra isə Gülay Bursalını digər otağa salıb ona təcavüz etməyə çalışıblar.

Gənc aktrisa lüt vəziyyətdə pəncərəyə çıxaraq “Yaxınlaşmayın, özümü ataram”, deyə qışqırıb. Onun sözlərinə əhəmiyyət verilmədiyini gördükdə isə özünü pəncərədən atıb.

Femida.az

Açar sözlər:

Oxunub: 850