Oğurluq edən şəxslər tutuldu


18:55     22 Mart 2016 ogrular6.jpg

Saatlı rayonunda baş verən oğurluq hadisələrinə görə 3 nəfər şəxs saxlanılıb.


Femida.az xəbər verir ki, Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda və yerlərdə baş vermiş oğurluqların üstü açılıb. Oğurluqda şübhəli bilinən rayon sakini 1992-ci il təvəllüdlü Kərimov Vüqar Ədiş oğlu Sabirabad rayonu Türkədi kənd sakini, 1991-ci il təvəllüdlü Rüstəmov Nicat Rüstəm oğluna olan borcunu ödəmək məqsədi ilə onunla əlbir olaraq, öz əmisinin həyətindən iribuynuzlu heyvanı oğurlayıb. Heyvanın qiymətinin 700 manat olduğu bildirilir.

Digər oğurluq hadisəsi Saatlı şəhəri, H.Əliyev prospektində qeydə alınıb. Saatlı rayonu Mollavazılı kənd sakini, 1988-ci il təvəllüdlü Tağıyev Azad Mirələm oğlu əmisi oğlunun evindən 700 manat dəyərində kompüterini oğurlayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1210