Astara sakinini elektrik cərəyanı vurdu


20:34     22 Mart 2016 ambulasce1.jpg

Salyanda balıq ovlayan Astara sakinini elektrik cərəyanı vuraraq, öldürüb.


Femida.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Salyan rayonunun Şorsulu kəndində kanalda balıq tutan Astara rayon Pensər kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Ramiq Məsləhət oğlunu elektrik cərəyanı vurub. Balıq ovu zamanı tilovunu yüksək gərginlikli elektrik xəttinə toxunduran balıqçı hadisə yerində ölüb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 861