Nikah müqaviləsi bağlayanların sayı artıb
20:00 23 Mart 2016
Azərbaycanda ailə quran tərəflər arasında əmlak münasibətlərini tənzimləyən nikah müqavilələrinin bağlanması halları artıb.
Femida.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov açıqlama verib.
Onun sözlərinə görə, 2015-ci ildə bağlanan nikah müqavilələrinin sayı 124 olub: “Bağlanan nikah müqavilələrinin sayı ümumi nikahların bir faizini də təşkil etmir. Amma əvvəllər nikah müqavilələrinin sayı 50-60 fakt idi. Bu gün isə müqavilələrin sayı artıq 124 olub. Əksər müqavilələr yerli vətəndaşlar arasında bağlanır”.
Qeyd edək ki, ər-arvad nikah müqaviləsi bağlamaqla ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək imkanına malikdirlər.
Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikah müqaviləsinin bağlanması məcburi deyil, tərəflərin iradəsindən və qarşılıqlı razılığından asılıdır. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.
Oxunub: 1456
Oxşar xəbərlər
- Bu ilin yanvar ayında 5475 nikah və 1248 boşanma halı qeydə alınıb
- Məryəm Həsənova amerikalı ilə saxta nikaha girdi, ABŞ ordusunda xidmətə başladı və ...
- Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb
- Martda nikaha girmək istəyən 15 nəfərdə QİÇS aşkarlanıb
- "ASAN xidmət"də qazimizin nikahı qeydə alındı - VİDEO
- Uşaqların nikahda olmayan əcnəbilərə övladlığa verilmə qaydası müəyyənləşir
- 11 yaşlı qızı nişanlayan ailəni hansı məsuliyyət gözləyir? - QANUN
- Bir ildə Azərbaycanda 35 576 nikah qeydə alınıb
- Şirvan sakini qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb
- Nikaha daxil olmaq istəyən şəxslərin NƏZƏRİNƏ - QANUN DƏYİŞDİ