HDP-dən sərt çıxış - “Rədd olub gedəcəksiz...”


19:56     09 İyun 2015 hdp4.jpg

Türkiyədə Xalq Demokratik Partiyasından (HDP) millət vəkili seçilən Burcu Çelik Özkan sərt çıxış edib.

Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, millət vəkili HDP-nin 10 faizlik səddi aşması şərəfinə Muşda keçirilən təntənəli tədbirdə çıxışında kənd qoruyucularını tənqid atəşinə tutub:

“Bu məmləkətdən rədd olub gedəcəksiniz. Bizə uzatdığınız silahı sizə necə çevrimək lazım olduğunu yaxşı bilirik”.

Millət vəkili kənd qoruyucularının öz kəndlilərinə silah çəkdiyini iddia edərək həmin bölgələrin əhalisinə səslənib.

HDP-dən seçilən digər millət vəkili Ahmet Yıldırım isə partiyasının əldə etdiyi qələbinin kürd siyasi inqilabının 40 illik əməyinin nəticəsi olduğunu əlavə edib.

Açar sözlər:

Oxunub: 809


Oxşar xəbərlər