Neftin qiyməti düşdü


17:54     23 Mart 2016 neftttt67.jpg

London və Nyu-Yorkun əmtəə birjalarında keçirilən elektron hərraclar zamanı neftin qiyməti düşüb.


Femida.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında WTI markalı yüngül neftin aprel fyuçersləri 1,23% düşərək, bir barelə görə 40,94 dollar olub.

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçersləri isə 1,03% aşağı düşərək, 41,36 dollar/barel təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1224