TQDK həbsxanalarda imtahan keçirdi
21:46 09 İyun 2015
Cəzaçəkmə müəssisələrində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirilib.
Femida.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 2-də orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada ilk buraxılış imtahanları keçirib.
Həmin gün eyni zamanda Ədliyyə Naziriliyi Penitensiar xidmətinin tabeliyindəki 1, 2, 7, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində də buraxılış imtahanları keçirilib.
Həmin müəssisələrdə fəaliyyət göstərən 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərində təhsil alan 9 və 12-ci sinif şagirdləri (156 nəfər ) ümumi qaydada imtahan vermişlər.
Həmin şagirdlərdən 16 nəfəri buraxılış imtahanında yaxşı nəticə əldə edərək bir və ya bir neçə fənndən “4” və “5” qiyməti alıblar.
Oxunub: 624
Oxşar xəbərlər
- TQDK TOEFL imtahanı keçirəcək
- TQDK-nın ləğvinə başlanıldı
- TQDK saxta nəşrlərə görə məhkəməyə müraciət etdi
- TQDK-nın testlərini icazəsiz yayan şəxs cərimələndi
- TQDK xəbərdarlıq etdi
- TQDK növbəti SAT imtahanını keçirəcək
- TQDK-dan yüksək bal yığan abituriyentlərə - Xəbərdarlıq
- TQDK nəticələri açıqladı
- TQDK 17 abituriyentin xeyrinə qərar verdi
- TQDK şikayətlərə baxacaq