AKP koalisiya şərtlərini açıqladı


22:11     09 İyun 2015 davutoglu3_1.jpg

AKP Türkiyədə koalisiya hökumətinin qurulması ilə bağlı şərtlərini açıqlayıb.

AKP bütün partiyalarla koalisiyaya getməyə hazırdır.

Lakin partiyanın 3 əsas şərti var və bunlardan heç bir halda imtina edilməyəcəyi bildirilib.

AKP-nin koalisiya şərtləri bunlardır:

1. “Paralel quruluş”la sona qədər mübarizə aparılacaq;

2. PKK ilə danışıqlar davam edəcək;

3. Ərdoğanın səlahiyyətləri olduğu kimi qalacaq; (Müxalifət partiyaları Prezident Rəcəb Tayyib Ərdoğanın simvolik olaraq vəzifəyə davam etməsini və bir çox səlahiyyətlərinin əlindən alınmasını istəyirlər.)

Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkisində AKP 258, CHP 132, MHP 80, HDP 80 millət vəkili yeri qazanıb. Türkiyədə bir partiyanın təkbaşına hökumət formalaşdırması üçün parlamentdə ən azı 276 millət vəkili yeri qazanması lazımdır. Hazırkı nəticələr isə koalisiya hökumətinin qurulmasını tələb edir.

Açar sözlər:

Oxunub: 693