Bakıdan Tiflisə yarım milyard getdi


21:29     24 Mart 2016 tiflis3.jpg

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, 2015-ci ildə azərbaycanlılar bu ölkənin iqtisadiyyatına 540 milyon dollar investisiya yatırıb.


Femida.az xəbər verir ki, bu, qonşu ölkənin iqtisadiyyatına yatırılan birbaşa investisiyaların az qala yarısını - 40 faizindən çoxunu təşkil edir.

Azərbaycanlıların Gürcüstan iqtisadiyyatına bu cür rekord həcmdə yatırım qoymasını ölkədəki münbit iqtisadi iqlimlə əsaslandırırlar. Azərbaycandan Gürcüstana investisiya axını 2012-ci ildən sürətlə artmaqdadır.

Bildirilir ki, azərbaycanlılar pulları Gürcüstanda maliyyə sektoruna, energetikaya, otel biznesinə və nəqliyyat layihələrinə yatırıblar. Habelə investisiyaların bir hissəsi tikinti sektoruna gedib.

Femida.az

Açar sözlər:

Oxunub: 1217