“Metropark”a görə cinayət işi açıldı


16:55     13 Aprel 2015 mall_metro-park.jpg

Bakıda ticarət mərkəzlərindən birində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb.


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, aprelin 12-də “Metropark” ticarət mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, aprelin 12-də Bakıdakı "Metropark" ticarət mərkəzinin yeraltı dayanacağında dəm qazından 30-dan artıq insan zəhərlənib. Bakı şəhər Təcili Təxirəsalınmaz Stansiyasından Trend-ə bildiriblər ki, onların yarısına yerindəcə ilkin tibbi yardım göstərilib.

Fövqəladə Hallar Nazirliyindən isə Trendə bildiriblər ki, ilkin ehtimala görə, zəhərlənmə ticarət mərkəzinə bitişik binaların birindən qaz sızması nəticəsində baş verib.

Açar sözlər:

Oxunub: 2097


Oxşar xəbərlər