Azərbaycan Gürcüstana 59 milyon dollar yatırıb


00:29     10 İyun 2015 dollar2.jpeg

İlkin məlumatlara görə, 2015-ci ilin birinci rübündə Gürcüstana 175 milyon dollar həcmində birbaşa investisiya yatırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% azdır.


Bu barədə Femida.az Gürcü KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən ilin birinci rübündə Gürcüstana ən çox investisiya yatıran ölkə Azərbaycan olub. Cari dövrdə Azərbaycan Gürcüstan iqtisadiyyatına 59 milyon ABŞ dolları yatırıb ki, bu da ötən illə müqayisədə 25,5% çoxdur.

Siyahıda ikinci yerdə 27 milyon ABŞ dolları ilə Türkiyə, üçüncü pillədə isə 23 milyon dollarlıq göstərici ilə Rusiya gəlir.

Açar sözlər:

Oxunub: 837