Azərbaycan Rusiyadan 2 tanker alır


04:17     26 Mart 2016 tanker.jpg

Rusiyanın "Krasnoe Sormovo" gəmiqayırma zavodu martın sonunadək Azərbaycan üçün iki tankerin inşasına dair müqavilə imzalayacaq.


Bu barədə müəssisənin baş direktoru Nikolay Jarkov deyib.

Onun sözlərinə görə, martın sonunadək Bakı şirkəti ilə RST27 tipli iki tankerin inşası üçün müqavilə imzalanacaq.

Qeyd edək ki, RST27 tipli tankerlər neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan özüyeriyən gəmilərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 896