Türkiyəyə qaz ixracı artıb


16:18     26 Mart 2016 qaz90.jpg

Azərbaycan 2016-cı ilin yanvarında Türkiyəyə 594,46 milyon kubmetr qaz tədarük edib ki, bu göstərici 2015-ci ilin analoji dövründə 577,36 milyon kubmetr olub.


Femida.az Türkiyənin Enerji bazarının tənzimlənəsi üzrə idarəsinin saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, 2015-ci ildə Azərbaycan Türkiyəyə ümumilikdə 6,17 milyard kubmetr təbii qaz tədarük edib ki, 2014-cü ildə isə bu gösətirici 6,07 milyard kubmetr olub.

Türkiyənin ümumi qaz idxalında Azərbaycanın payı 2016-cı ildə 11 fazi təşkil edib. Yerdə qalan digər paylar Rusiya - 2,79 milyard kubmetr və İranın - 852,88 milyon kubmetr qaz payına düşür.

Xatırladaq ki, Türkiyə Azərbaycandan qazı Cənubi Qafqaz boru kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) idxal edir.

Açar sözlər:

Oxunub: 784