Ağ Evdə terror həyəcanı


03:42     10 İyun 2015 2e9da1bf152938eed9b1c0a36c1db3fe.jpg


ABŞ-ın məxfi xidmət əməkdaşları bu gün Ağ Evdə jurnalistlər üçün brifinqi yarımçıq kəsiblər. Femida.az-ın BBC-yə istinadən xəbər verir ki, bu addımın jurnalistlərin təhlükəsizliyinə adı çəkilməyən təhlükə ilə bağlı atıldığı bildirilir.

İnformasiya agentliklərinin xəbər verdiyinə görə, jurnalistlər mətbuat mərkəzindən uzaqlaşdırıldıqdan sonra polis əməkdaşları xidməti itlərlə binanı nəzərdən keçiriblər.

Bundan az öncə ABŞ Konqresinin yerləşdiyi Kapitolidən personal qismən təxliyə olunmuşdu. Səbəb kimi binada şübhəli bükülü olması haqda anonim zəngin olması deyilir.

Yoxlama nəticəsində binada partlayış təhlükəsinin olmadığı üzə çıxıb.



Açar sözlər:

Oxunub: 901