Azərbaycan Tümen vilayəti ilə memorandum imzaladı


02:35     27 Mart 2016 7dc5aa866f749c340e638c5374808f3a.jpg

Azərbaycan Turizm Assosiasiyası ilə Rusiyanın Tümen vilayəti arasında yaxın üç ildə turizm sahəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında memorandum imzalanıb.


Femida.az-ın məlumatına görə, razılıq Moskvada keçirimiş “Səyahətlər və turizm” 23-cü beynəlxalq turizm sərgisi çərçivəsində əldə edilib.

Memoranduma əsasən, tərəflər turizm sahəsində təcrübə mübadiləsi aparacaq, birgə konfranslar, seminarlar, sərgilər təşkil edəcəklər. Həmçinin qarşılıqlı surətdə faydalı turizm fəaliyyətinin inkişafına yönəldilmiş layihələr işləyib hazırlayacaq, turizm şirkətləri arasında əməkdaşlıq münasibətlərinin qurulmasına kömək edəcəklər.

Tümen vilayətinin “Tümenskaya liniya” informasiya agentliyinin məlumatına görə, Rusiyanın bu vilayəti Azərbaycan ilə bir çox sahələrdə 1999-cu ildən səmərəli tərəfdaşlıq münasibətləri qurub. Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən, 2015-ci ildə Azərbaycan ilə Tümen vilayəti arasında xarici əmtəə dövriyyəsi 5 milyon 156,43 min dollar təşkil edib. Bu məbləğin 4 milyon 761,08 min dolları idxal, 395,35 min dolları ixracın payına düşüb.

Açar sözlər:

Oxunub: 937