Azərbaycanda evlər ucuzlaşıb


19:49     27 Mart 2016 mlak.jpg

2015-ci ildə Rusiyada əmlak 15,3% ucuzlaşıb.


Femida.az ANS PRESS-ə istinadən xəbər verir ki, rəqəmi təqdim edən “Global Property Guide” beynəlxalq şirkəti Rusiyanı ən zəif əmlak bazarına malik ölkə kimi dəyərləndirib.

Siyahıda birinici yerdə isə Azərbaycanın digər qonşusu Türkiyə gəlir. Ötən il bu ölkədə əmlak 14,3 faiz bahalaşıb.

Beləliklə, Azərbaycanın əmlak bazarının şimaldan gələn ciddi təzyiq qarşısında olduğunu düşünmək olar. Məsələ bundadır ki, bir qayda olaraq Rusiyada əmlak ucuzlaşan kimi bu ölkədə yaşayan azərbaycanlılar Bakıdakı evlərini sataraq Moskva və Sankt-Peterburqdan ev almağa çalışırlar. Bu isə ölkədən külli miqdarda valyuta çıxarılması ilə nəticələni və Azərbaycan manatına təzyiqlər artır.

Lakin Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) prezidenti Vəfadar Axundov bu il vəziyyətin elə də kəskin olmadığını bildirib. ARA prezidenti fikrini ölkədə əmlakın həddindən ucuzlaşması ilə izah etdi: “Azərbaycanda əmlak faktiki olaraq 30 faizdən çox ucuzlaşıb. Buna görə də Bakıda evi satıb Moskva və Sankt-Peterburqda ev almaq mümkün deyil. Moskavada 32 kvadratmetrlik bir otaqlı evi mərkəzdə 180 min dollara deyirlər, yəni mənzilin kvadratı 6 min dollara qədər çatır. Bizdə isə tam təmirli 55 kvadratlıq bir otaqlı evi 30 min manata, yəni kvadratı 340 dollara təklif edən yeni massivlər var”.

Vəfadar Axundovun fikrincə, Azərbaycanda qiymətlər ən aşağı düşüb: "İndi ev almaq üçün ən əlverişli məqamdır. Əvvəllər bizim əmlak bazarı regionda ən yüsək idisə, indi tərsinədir. Devalvasiya üzündən real ucuzlaşma daha yüksək olub. Pulu olanlar indi ev alsalar uduzmazlar".

Açar sözlər:

Oxunub: 816