Rusiya ilə Türkiyə əlaqələri bərpa edilir


21:21     27 Mart 2016 davudoglu2.jpg

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Türkiyə ilə Rusiya arasındakı böhran müvəqqətidir” fikrinə münasibət bildirib.


Femida.az xəbər verir ki, Davudoğlu deyib ki, pilotlar Türkiyə hava sahəsinə pozan təyyarəni vurmaqla vəzifələrini yerinə yetirmişdilər:

“Ona görə də bunun daimi bir qarşıdurma olmadığını dəfələrlə ifadə etdik.Bu böhranın müvəqqəti olduğuna biz də inanırıq, tarixi və coğrafi baxımdan Türkiyə və Rusiyanın yaxşı münasibətlər qurmağa məcbur olduğunu başa düşürük. Çünki bu coğrafiyanı dəyişdirə, ortaq maraqlarımızı görməyə bilmərik. Ümid edirəm ki, bu böhranı geridə qoymaq üçün qarşılıqlı addımlar atılacaq”.

Açar sözlər:

Oxunub: 952