PA rəsmisi Prezidentin ABŞ səfərindən danışdı


00:17     28 Mart 2016 pa%20resmisi.jpg

Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ölkə başçısı İlham Əliyevin Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirakı zamanı müzakirə ediləcək məsələləri şərh edib.

Şöbə müdiri açıqlamasında bildirib ki, əsas məsələ belə sammitlərdə iştirak edib onun fəaliyyəti ilə tanış olmaqdır: “Ölkə başçısı da Azərbaycanın gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı sammitdə çıxış edəcək. Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə doğru addımlar atılır".

N. Məmmədov bildirib ki, bütün bu məsələləri nəzərə alaraq görüşün böyük əhəmiyyət kəsb etdiyini düşünür.

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov yanvar ayının 6-da özünün Tvitter səhifəsində yazıb.

O bildirib ki, dəvət ötən il dekabr ayının 3-də göndərilib. Prezident Obama məktubunda belə yazıb:

"Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir. Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərin qadağası üçün xüsusi səylərini davam etdirəcək”.

ABŞ-ın Bakıdakı səfirliyi də Azərbaycan prezidentinin Vaşinqtona gedəcəyini açıqlamışdı. Səfirlik Azərbaycanın dövlət başçısının Amerika prezidenti Barak Obamanın dəvətini müsbət cavablandırdığını bildirmişdi.

III Nüvə Təhlükəsizliyi Sammiti 2014-cü ildə Niderland Krallığının Haaqa şəhərində olub. Sammit mart ayının 24-də başlayıb. Prezident İlham Əliyev də bu sammitdə iştirak edib.



Femida.az

Açar sözlər:

Oxunub: 995