Qardaşı arvadını azyaşlı övladının gözü qarşısında zorladı -BİR CİNAYƏTİN TARİXCƏSİ


14:24     10 İyun 2015 zorlama0.jpg


Gəncə Ağır Cinayətlər Məhkəməsində qardaşı arvadını zorlamaqda ittiham olunan Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü E.Ə. cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Femida.az xəbər verir ki, ittihama görə, yaşadığı evin hamamında çimdikdən sonra onunla eyni evdə yaşayan qardaşı Ə.Ə.-nin arvadı Samirə (ad şərti verilib) ilə zorla cinsi əlaqədə olmaq məqsədi ilə paltarlarını geyinmədən dəsmala bürünərək hamamdan çıxıb.

“Ya mənimlə cinsi əlaqədə ol, ya da səni öldürəcəm”

E.Ə. hamamdan çıxarkən özü ilə bıçaq da götürüb və evin dəhlizinə çıxıb. Həmin vaxt dəhlizdə olan Samirəyə onunla cinsi əlaqədə olmağı təklif edib. Samirə onun bu təklifini rədd etdikdə əlindəki bıçağı göstərib və qardaşı arvadını öldürməklə hədələyib. O, qardaşı arvadına deyib ki, "Ya mənimlə cinsi əlaqədə ol, ya da səni öldürəcəm". Amma Samirə yenə də qaynının istəyinə qarşı çıxıb.

Qardaşı arvadını azyaşlı uşağın gözü qarşısında zorladı

E.Ə. Samirənin əynində olan xalatın yaxasından dartaraq cırıb. O, Samirəni döşəməyə yıxaraq, onunla zorla cinsi əlaqədə olub. Samirənin güc göstərməsi isə E.Ə.-ni əsəbləşdirib. O, Samirənin hərəkətlərindən hiddələnib və onu döyüb. Bu hadisə Samirənin azyaşlı oğlu R.Ə. gözü qarşısında cərəyan edib.

“Həm sən biabır olarsan, həm də mən...”

Bu hadisədən sonra E. Ə. qardaşı arvadına baş verənlərin gizli qalmasını və onunla daimi cinsi əlaqədə olmağı tapşırır. Deyir ki, baş verənlər açıqlansa, hər ikisi qohum-əqraba arasında biabır olacaqlar. E.Ə. qardaşı arvadına “Həm sən biabır olarsan, həm də mən...” deyə bu məsələni gizli saxlamağı tapşırıb.

Qayın qardaşı arvadına necə hədə-qorxu gəldi?

Bundan əlavə, E.Ə. qardaşı arvadının bu məsələni gizli saxlaması üçün hədə-qorxularını davam etdirib. Ona deyib ki, məsələni açıqladığı halda özünü müdafiə edəcək və deyəcək ki, Samirənin istəyi ilə onunla cinsi əlaqədə olub.

Qadın təcavizkar qaynını tutdurub...

Lakin qaynı tərəfindən təcavüzə məruz qalan Samirə hədə-qorxulara əhəmiyyət verməyib. Baş verənlərə aydınlıq gətirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinə üz tutub və qaynı tərəfindən zorlandığı barədə şikayətçi olub. Bundan sonra E.Ə. polis tərəfindən tutulub.

Qardaşı arvadını zorlayan kişi narkoman çıxdı

Bundan başqa, E.Ə. istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,281 qram çəkidə kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroini və 144,82 qram çəkidə kustar üsulla hazırlanmış, narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib. Heroini üstündə saxlamaqla daşıyıb, marixuananı isə yaşadığı evdə yatdığı otaqda olan divanın altında saxlayıb. Noyabrın 26-da keçirilən baxış zamanı qeyd edilən narkotik vasitələr aşkar edilərək götürülüb.

Təcavüzkar qayın ittihamları rədd edir

Məhkəmədə ifadə verən E.Ə. elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, zorlama və narkotik vasitələri saxlama itihamlarını qəbul etməyib. E.Ə. Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddəsi ilə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 5 yanvar 2011-ci ildə cəzası sona çatdığı üçün azadlıqdan məhrumetmə yerindən buraxıldıqdan sonra ata mülkü olan Gəncə şəhəri Vaqif küçəsindəki 64 saylı evdə yaşamağa başlayıb. Onun sözlərinə görə, xırda ticarətlə məşğul olub.

Zorlama, yoxsa...

Təvavüzkar qayın hadisə barədə aşağıdakıları danışıb:

- Həmin evdə mənimlə bərabər ailəm, yəni həyat yoldaşım T.Ə. və üç azyaşlı uşağı ilə birlikdə qardaşım Ə.Ə. eləcə də atam İ.Ə. yaşayıb. Qardaşımın həyat yoldaşının ayrı-ayrı şəxslərə pul borcu olduğuna və borclular pulunu tələb etmək üçün mənim də yaşadığım evə tez-tez gəldiklərinə görə qardaşım Ə.Ə. ilə bir neçə dəfə mübahisəsim olub. Buna görə də, qardaşım və qardaşımın arvadı mənə həmin evdə yaşamağa maneçilik etməyə başlayıblar.

Yaşadığımız ev darısqal olduğuna görə, atam 2011-ci ilin noyabr ayının əvvəllərində həmin evdən çıxıb gedərək, öz anası ilə yaşamağa başladı. Yaşadığım evdə otağın qapısının xarab olmuş kilidini dəyişdirərkən ehtiyatsızlıqdan bıçaqla şəhadət barmağımı kəsdim. Ona görə də, tibbi yardım üçün xəstəxanaya müraciət etdim və barmağıma tikiş qoyuldu.

Polisə şikayət və həbs...

Noyabrın 25-də qardaşım və onun həyat yoldaşı məni evə buraxmaqdan imtina etdiklərinə görə, onlarla dalaşdım. Dalaşma zamanı mənə bəzi xəsarətlər yetirdilər. Ona görə də həmin gün axşam qonşuluqda yaşayan Gəncə şəhəri Baş Polis İdarəsinin əməkdaşı R.H.-ya müraciət edərək qardaşımgilin məni evə buraxmadığını və köməklik etməsini xahiş etdim. R.H. isə bu barədə atama, yəni evin sahibinə müraciət etməyi məsləhət gördü. Polis əməkdaşı olan R.H. söhbət etdiyim bir vaxtda qonşusu T.S. və qardaşım Ə.Ə. sərxoş vəziyyətdə bizə yaxınlaşaraq məni zorla maşına otuzdurub və harasa aparmaq istədilər. Lakin polis əməkdaşı müdaxilə etdiyinə və köməyə polis işçilərini çağırdığına görə gələn polis işçiləri onları polis idarəsinə apardı.

“Qardaşım arvadını zorlamaq fikirim olmayıb”

Polis idarəsində üstümə baxış keçirildi. Baxış zamanı məndən yalnız bir ədəd bıçaq aşkar olunsa da, cibimdən narkotik vasitənin də tapılması barədə protokol tərtib olundu. Yaşadığım evə baxış keçirilərkən evdən də narkotik vasitə aşkar olundu.

Əslində aşkar olunmuş həmin narkotik vasitələrin mənə aidiyyəti yoxdur. Qardaşım arvadını heç vaxt zorlamaq fikrim olmayıb, belə bir cəhd də etməmişəm.

“Alçaq deyiləm ki, qardaşım arvadına təcavüz edim”

Sadəcə olaraq, Samirənin güya ona tıəcavüz etməyimlə bağlı dedikləri qardaşımın və onun arvadının mənimlə mülk mübahisəsi olduğuna, eləcə də Samirənin borclu olduğu şəxslərin mənim də yaşadığım evin qapısına tez-tez gəlmələrinə görə aramızda yaranan mübahisəyə qarşı edilmiş şər və böhtandır. Mən alçaq deyiləm ki, qardaşım arvadına təcavüz edim. Mülklə və eləcə də Samirənin borclularının mənim də yaşadığım evə gəlmələri ilə bağlı mübahisələrimiz olsa da, heç vaxt Samirəyə əl qaldırmamışam. Samirə mənə hər hansı xəsarət yetirməyib. Qardaşım və onun arvadı ilə dalaşarkən mənə xəsarətin konkret olaraq kim tərəfindən yetirildiyini bilmirəm.

“Qayınatam dedi ki, səbr et”

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə deyib ki, E.Ə. cəzasını başa vurduqdan sonra onlarla bir evdə yaşayıb: "E.Ə. mütəmadi olaraq narkotik vasitələr qəbul edib və evə gələn zaman narkotik vasitənin təsiri altında hərəkətini bilməyib. Son vaxtlarda E.Ə. narkotik maddələrin qəbulu nəticəsində öz hərəkətlərini bilmədiyi üçün daha da aqressivləşib və yaşadığımız evdə mənə əl-qol atıb. Mənimlə dəfələrlə zorla cinsi əlaqəyə girmək istəyib. Bu haqda qaynatama və baldızıma demişəm. Onlar isə deyiblər ki, səbr et, ola bilər, E.Ə. düzələr.
Noyabrın 25-də saat 17 radələrində azyaşlı uşaqlarım ilə birlikdə evdə olan zaman E.Ə. hamamda olub. Bu zaman mətbəxdə təmizlik işləri apararkən E.Ə. hamamdan çılpaq vəziyyətdə çıxdı. Əlində bıçaqla mənim üstümə tərəf gələrək onunla cinsi əlaqədə olmağı təklif etdi. Amma onunla cinsi əlaqədə olmaqdan imtina etdim. Buna görə də, E.Ə. məni tutaraq yerə yıxdı və zorla mənimlə cinsi əlaqədə oldu. Onunla cinsi əlaqədə olan zaman müqavimət göstərsəm də, gücüm çatmayıb. E.Ə. mənimlə cinsi əlaqədə olandan sonra kənara çəkildi.

Cəza və narkomaniyadan müalicə...

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Ə. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin E.Ə.-nin narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəticəsinə gəlib. Buna görə də, məhkəmə E.Ə.-yə narkomaniyadan məcburi müalicə tətbiq edilməsi barədə qərar qəbul edib.

Femida

Açar sözlər:

Oxunub: 6381