Vəkillərə qadağa qoyan polis işdən çıxarıldı-Özəl


16:50     10 İyun 2015 11422929_1146879952004830_652010212_o57.jpg

Yasamal rayon məhkəməsində çalışan Cəmşid adlı polis əməkdaşı işdən çıxarılıb.


Femida.az Vəkillər Kollegiyasının üzvü, vəkil Anar Qasımlının Yasmal Rayon Məhkəməsində proseslərin birində iştirak etmək istəyərkən qapıda dayanan polis əməkdaşının təyziqi ilə üzləşdiyi barədə xəbər verib. Həmçinin, Cəmşid adlı polis vəkil Anar Qasımlını məhkəməyə buraxmayacağı haqqında fikirlər də səsləndirib. Femida.az-ın əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində çalışan həmin polis əməkdaşı dünən işdən azad edilib.

Xatırladaq ki, vəkilə qarşı bu kobud addım cəmiyyətdə və sosial şəbəkələrdə böyük narazılığa səbəb olub.

Femida.az
Miri Məcidli

Açar sözlər:

Oxunub: 4337


Oxşar xəbərlər