SOCAR Acarıstanı qazsız qoydu


13:21     29 Mart 2016 SOCARR.jpg

“SOCAR Gas Georgia” martın 29-dan aprelin 3-dək Acarıstanın (Gürcüstanın Muxtar Respublikasının) qaz təchizatını dayandırır.


Femida.az xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstandakı törəmə şirkətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, buna səbəb Kobuleti-Batumi magistral avtomobil yolunda aparılan təmir işləridir.

“SOCAR Georgia Gas” abonentlərindən üzr istəyir. Əhalidən olduqca diqqətli olmağı xahiş edirik. Bu müddət ərzində regional ofislərimiz 24 saatlıq rejimdə çalışacaq”, - deyə məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 831