XİN-dən qaçırılan təyyarə ilə bağlı açıqlama


16:23     29 Mart 2016 XIN43.jpg

"İlkin məlumatlara əsasən Misirdə qaçırılan və daxili reyslə uçan təyyarədə Azərbaycan vətəndaşları olmayıb".


Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanın Misirdəki səfirliyi bu ölkənin müvafiq orqanları ilə təmasları davam etdirir.

Qeyd edək ki, bu gün İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarə qaçırılıb. Sərnişin təyyarəsi Cənubi Kiprin Larnaka hava limanına enib.

Açar sözlər:

Oxunub: 962