Vəkillər nədən şikayətçidir?


20:50     10 İyun 2015 lawyer-650x330.jpg

Hüquqşünaslar qrupu Məhkəmə hüquq şurasına müraciət edib.

Femida.az vəkillərə qarşı məhkəmələrin girişində nəzarətçilər tərəfindən təyziqin olması barədə məlumat verib. Belə ki, vəkillər məhkəməyə daxil olarkən mobil telefonlarının alınması, onların ciddi yoxlamaya məruz qalmaları hallarına tez-tez rast gəlinir. Məsələnin ciddiliyi ilə bağlı hüquqşünaslar qrupu dəfələrlə problemi qabardıb. Bunun nəticəsində Yasamal rayon məhkəməsində çalışan Cəmşid adlı polis əməkdaşı işdən azad edilib.Buna baxmayaraq məsələ tam həll edilməyib.

Problemin həlli ilə bağlı Hüquqşünaslar qrupu Məhkəmə hüquq şurasına müraciət ediblər. Məhkəmə hüquq şurası məsələni aydınlaşdırmaq üçün Nəsimi və Yasamal rayon məhkəmələrinə müraciət ünvanlayıb.
Nəsimi rayon məhkəməsinin cavabını sizə təqdim edirik.




Mövzunu diqqətlə saxlayacağıq.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1877