Sumqayıtda avtomobilə atəş açan şəxs tutuldu


17:47     30 Mart 2016 cinayet%20tutul%20azadliq%20ogur0.jpg

Sumqayıtda avtomobilə atəş açan şəxs yaxalanıb.


Femida.az DİN-in saytına istinadən bildirir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Zaur Bayramova və Aydın Əliyevə bıçaqla xəsarət yetirmiş Ceyhun Əliyev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 24-də şəhər sakini Ümid Nəcəfovun idarə etdiyi "Toyota" markalı avtomobilə odlu silahdan (tüfəngdən) atəş açması da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 1005