Bakıda 16 yaşlı qızı maşın vurdu


18:06     30 Mart 2016 tecili1.jpg

16 yaşlı qızı avtomobil vurub.


Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Günel Abbasova vurulub. G.Abbasovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Hadisənin "Mercedes" markalı avtomobilin sürücüsü, Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Rahim Yaqub oğlu Əsədullayev tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 696