Məşhur memar Zaha Hadid vəfat edib


23:55     31 Mart 2016 hadid.jpg

Məşhur qadın memar Zaha Hadid bu gün 65 yaşında Mayamidə vəfat edib.


Femida.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, İraq əsilli Z. Hadid bronxitdən müalicə aldığı Mayami hospitalında ürək tutmasından dünyasını dəyişib.

Xanım memar dünyaca məşhur bir sıra komplekslərin, o cümlədən 2012-ci ildə London Olimpiya Oyunlarının keçirildiyi binalardan biri olan London Su İdman Növləri Mərkəzinin və Bakıdakı Heydər Əliyev Mərkəzinin müəllifi olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1493