Türk əsgərinə telefonla danışmaq icazəsi


19:45     13 Aprel 2015 8236-anadolu-ajansi-ndan-mehmetcige-dev-proje.jpg

Türk əsgərlərinə bundan sonra mobil telefonlardan istifadəyə icazə verildi.
 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəsmi internet saytına yerləşdirilmiş bəyanatda belə deyilir.


Əsgərlər TSK (Türkiyə Silahlı Qüvvələri) tərəfindən təsdiq olunan mobil nömrələrlə müəyyən şərtlər və vaxtlarda danışa biləcəklər.


Sayta yerləşdirilən bəyanatda deyilir: "Türk Silahlı Qüvvələrinə əmanət edilmiş Vətən övladlarının ailələri ilə ünsiyyətini inkişaf etdirmək, mənəvi və motivasiyası yüksəltmək məqsədiylə onlara mobil telefondan istifadə edilməsi istiqamətində aparılan işlər sona çatdı".

Açar sözlər:

Oxunub: 567