Daha 19 ölkənin idmançıları Bakıda


04:24     11 İyun 2015 14339537283050731813_750x500.jpg

Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Çexiya, Belarus, İsveçrə, Hollandiya, İtaliya, Fransa, Serbiya, Böyük Britaniya və digər ölkələrin idmançıları Azərbaycana gəliblər.

Qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və könüllülər qarşılayıblar.

İdmançılar onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.

Qonaqlar arasında həmin ölkələrdən olan media təmsilçiləri və nümayəndə heyətlərinin digər üzvləri də yer alıblar.

Oyunlarda iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin qarşılanması ilə əlaqədar “Bakı-2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah fasiləsiz rejimdə fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 863