Avropa Parlamentindən Türkiyə əleyhinə - Qətnamə


04:56     11 İyun 2015 publika.az1410856229Avropa-Parlamenti1.jpg

Avropa Parlamenti Strasburqdakı plenar sessiyasında Türkiyə ilə bağlı qətnamə qəbul edib.

Sənəddə ölkənin məhkəmə sistemi və KİV-dəki vəziyyət tənqid edilir. Eyni zamanda, Türkiyə hökuməti söz azadlığına əməl etməyə çağırılır.

“Avopaparlamentarlar Türkiyədə müstəqil, tərəfsiz və effektli məhkəmə sistemi və hakimiyyət bölgüsü ilə bağlı vəziyyətdən narahatdır. Türkiyə hökuməti həmçinin, KİV azadlığına prioritet qaydada zəmanət verməlidir” – qətnamədə bildirilir.

“Parlament Türkiyə hökumətinin sosial şəbəkələrə və saytlara çıxışı yasaqlama cəhdlərini, jurnalistlərin qorxudulması və onlara başqa növ təzyiqləri pisləyir”, - deyə sənəddə vurğulanır.

Açar sözlər:

Oxunub: 677