Səyyar ASAN xidmət Füzulidə


15:03     01 Aprel 2016 ASAN%20Xidmet%2028%20mart%2020164.jpg

1 – 15 aprel tarixlərində Səyyar ASAN xidmət Füzuli rayonunda sakinlərə səyyar formada xidmət göstərəcək.


Femida.az xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə Notariat fəaliyyəti, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Sürücülük vəsiqələrinin dəyişdirilməsi, Əmək pensiyalarının təyin edilməsi, Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Açar sözlər:

Oxunub: 811