Tovuzda şok olay - Müəllim zorla şagirdlərin saçını qırxır (VİDEO)


15:11     01 Aprel 2016 tovuz%20sac.JPG

Tovuz rayonunun orta məktəblərindən birində anlaşılmazlıq olub.


Femida.az xəbər verir ki, bir qrup valideyn məktəbdə müəllimin şagirdlərin saçını zorla qırxdığını iddia edib.

Kamera qarşısına keçmək istəməyən valideynlər bildirirlər ki, məktəbin dərs hissə müdiri Zeynəb Həsənova şagirdlərin saçını özü qırxıb. Onlar müəllimi şagirdə qarşı heç bir təlim tədris qaydalarına sığmayan davranışda ittiham edirlər.

Zeynəb Həsənova isə səslənən ittihamlarla razılaşmır. Rayon Təhsil Şöbəsi məktəbdə yaranan anlaşılmazlıqla bağlı xüsusi komissiya yaradıb.


Açar sözlər:

Oxunub: 2290