Zaha Hadidi məşhurlaşdıran beş bina - FOTOLAR


20:12     01 Aprel 2016 zaha%20hadis.jpg

“Destruktivizmin” banisi, iraq əsilli Britaniya memarı Zaha Hadid öz layihələri üzərində çalışarkən müəllifi olduğu binaları landşafta uyğunlaşdırıb və onları multifunksianallıqla zənginləşdirib.


Mərhum memarın ən çox diqqət çəkən beş layihəsini təqdim edir. Bu layihələr arasında Bakıdakı Heydər Əliyev Mərkəzi də var.

Saraqosada körpü



İspaniya Saraqosasında tikilən körpü-pavilyon çayın dalğavari yatağını təkrarlayır. O, təməli istisna olmaqla, bütünlüklə poladdan hazırlanıb. Ümumi uzunluğu 530 metr təşkil edən konstruksiya birləşmə yerlərində özünü saxlaya bilən 4 moduldan təşkil olunub ki, bu da vizual yüngül körpü elementlərinin hazırlanmasına imkan verib.

Honkonqun politexnik universiteti

Bu tikilini artıq gənclərin sürətli inkişafı və yeni nəsil yüksək təhsil səviyyəsinin obrazlarını özündə təcəssüm etdirən memarlıq oriyentiri adlandırırlar.



Xətləri nəinki arxitektura layihəsinə, həmçinin onun ətrafında olan landşafta dinamika verən və təkcə yaraşıq üçün deyil, fasadın “elementi” halına gələn binanı “calaqsız memarlıq” termini ilə təfsir edirlər.

Bakıdakı Heydər Əliyev Mərkəzi



2012-ci ildə istifadəyə verilən bina Azərbaycan paytaxtının məşhur rəmzlərindən birinə çevrilib. Memar burada bəzən bir-birinə zidd olan – auditorium, muzey, konsert zalı, sərgi otaqları və inzibati ofis funksiyalarını yerinə yetirən konstruksiya qurub.

Zaha Hadidin bu layihəsi Londondakı Dizayn Muzeyi tərəfindən təsis edilən nüfuzlu “İlin muzey dizaynı-2014” mükafatına layiq görülüb, həmçinin “Memarlıq” nominasiyasında qalib gəlib. O, 17 illik tarixi olan bu müsabiqədə mükafat alan ilk qadın olub.

Miçiqan universitetində incəsənət muzeyi



Muzey 2012-ci ildə tikilib. Hadid bu binada müxtəlifyönlü hərəkət ideyasını həyata keçirib. Memar kəskin bucaqları və dərin şüşə-metal qatları ilə nəqliyyatın sürətli hərəkətini xatırladan effektə nail ola bilib.

Quançjoudakı opera teatrı



Binanın dizaynı zamanı Zaha Hadid geologiya və topoqrafiya obrazından istifadə edib. Binanın demək olar ki, səmanı əks etdirən hamar və parıltılı qatları 1804 yerlik böyük və 400 nəfərlik kiçik zalı olan böyük teatr binasının hər iki hissəsini biri birindən, sözün əsl mənasında “uçurumla” ayırır.

Xatırladaq ki, dünya şöhrətli memar Zaha Hadid ABŞ-ın Mayami hospitalında 65 yaşında ürək tutmasından vəfat edib.

Femida.az

Açar sözlər:

Oxunub: 2537


Oxşar xəbərlər