Ali Məhkəmənin sədri: “Bir evi 16 nəfərə satıblar”


18:30     11 İyun 2015 343853_458668.jpg

“İnsan hüquqlarının və azadlıqlarının təmin olunmasının tərkib hissəsi kimi əhalinin digər hüquqları ilə yanaşı mülkiyyət hüququnun toxunulmazlığı da dövlət tərəfindən qorunur və müdafiə olunur”.

Femida.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmənin bu gün keçirilən plenum iclasında deyib. R. Rzayev bildirib ki, son zamanlar dələduzluq cinayətləri vüsət alıb və bu da cəmiyyətdə haqlı narazılığa səbəb olur: “Mən hesab edirəm ki, istənilən məhkəmə qərarının əsası sosial ədalət olmalıdır. Sosial ədalət olmayanda insanların məhkəməyə olan inamı sarsılır. Təəssüflər olsun ki, son zamanlar hakimlər əsas oldu, olmadı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci (daha yüngül cəza təyin olunması) və 70-ci (şərti cəza təyin olunması) maddəsini tətbiq edirlər. Heç kim demir bu maddələr tətbiq olunmasın. Lakin rüşvət işlərində bu maddələr necə tətbiq oluna bilər? Həmin şəxs mənimsədiyi pulu yetimlərə xərcləyib, yoxsa qaçqınlara ev tikib? Hakimlər işlərinə ciddi və məsuliyyətli yanaşmalıdırlar ”.

R. Rzayev bildirib ki, son zamanlar MTK məsələsi də sosial bəlaya çevrilib: “Ötən gün bir nəfəri qəbul etmişəm. Məlum olub ki, bir evi 16 nəfər satıblar”.

Açar sözlər:

Oxunub: 1494