Saakaşvili Qarabağda gedən döyüşlədən yazdı


23:48     03 Aprel 2016 gurcistan-cumhurbaskani-saakasvil3.jpg

Qarabağ konflikti hazırkı zamanda nə Azərbaycan, nə də Ermənistana sərf edir.



Femida.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili yazıb. Onun sözlərinə görə, bir müddət öncə baş verənlər Türkiyə və Azərbaycana qarşı provakasiya olduğu kimi, Ermənistana da ziyan vurur.

Saakaşvili vurğulayıb ki, Rusiyanın Qarabağ konflikti tərəflərini silahlandırması və sonra provokasiyaya cəlb etməsində məqsəd var: “Konflikti provokasiya etməklə Rusiya bir neçə strateji məqsəd güdür. Bununla Azərbaycanın neft və qaz kəmərləri olan bölgələrinə yerimək üçün bəhanə qazanır (təkcə 2008-ci ildə Rusiyanın bu ərazilərə raket zərbələri atmasını xatırlamaq kifayətdir). Bu isə Avropanın Azərbaycan və Türkmənistandan olan alternativ enerji mənbələrini itirməsi deməkdir”.
Keçmiş prezident Azərbaycan liderinin daim müstəqil siyasət yürütdüyünü, müdaxilənin isə bölgədəki vəziyyəti dəyişə biləcəyini və Gürcüstanın da zərbə altına düşəcəyini, Türkiyənin iki cəbhədə müharibəyə cəlb ediləcəyini iddia edib:
“Liderlər ehtiyatlı olmalıdırlar. Biz gərək Rusiyanın zəiflədiyi anı gözləyib, bundan sonra Ermənistanın, Azərbaycanın və Gürcüstanın maraqları çərçivəsində regional konfliktləri həll edək”.

Açar sözlər:

Oxunub: 1729