Gürcüstanda cəbhədəki vəziyyətlə bağlı - Təcili toplantı


00:59     04 Aprel 2016 08168476.jpg

Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs rejiminin pozulması ilə əlaqədar Gürcüstan Baş naziri Georgi Kvirikaşvilinin rəhbərliyi ilə toplantı baş tutub.



"Qafqazinfo" gürcü KİV-nə istinadən xəbər verir ki, Baş nazir XİN rəhbəri, güc nazirləri, müvafiq güc strukturlarının rəhbərləri və parlamentin komitə rəhbərləri ilə birgə cəbhə xəttindəki gərginliyi müzakirə edib.

Gürcü Baş nazirin mətbuat- xidmətinin yaydığı məlumata görə, güc strukturlarının rəhbərləri Kvirikaşviliyə Dağlıq Qarabağdakı mövcud vəziyyətlə bağlı bütün informasiyaları təqdim ediblər.

Georgi Kvirikaşvili xüsusən də, dinc əhalinin arasında ölənlərin olduğu situasiyanın gərginləşməsi və hərbi əməliyyatların bərpa edilməsindən narahatlığını ifadə edib.

Açar sözlər:

Oxunub: 3855