Bakıda qadın silah götürüb pulunu tələb etdi


01:53     04 Aprel 2016 bicaq0.jpg

Bakı sakini borc verdiyi pulu ala bilmir.

Lent.az-ın məlumatına görə, G.Əliyev küçəsində yaşayan 1962-ci il təvəllüdlü Abıyeva Adilə Həsən qızı bildirib ki, bir müddət əvvəl Şücaət adlı xanımdan sələmlə 1000 manat borc pul alıb. Bu günlərdə həmin qadın onun yaşadığı evə gələrək pulunu tələb edib və bıçaqla hədələyərək pulu verməyəcəyi təqdirdə özünə xəsarət yetirəcəyini deyib.

Məsələ ilə əlaqədar araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 907