Erməni meyitlərinin görüntüsü yayılıb (VİDEO 18+)


01:46     04 Aprel 2016 b69607a57b8ceaa9ef5204f69703adbb.jpg

Sosial şəbəkələrdə ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində qoyub qaçdıqları meyitlərinin görüntüsü yayılıb.


Femida.az-ın xəbərinə görə, çox qısa görüntülərdə düşmənin 10-dan artıq hərbçisinin məhv edildiyini aydın görmək olur.

Ermənistan siyasi və hərbi rəhbərliyinin itkilərin sayını təkidlə azaltmasına baxmayaraq, əldə olunan son dəqiq məlumatlara görə, döyüş toqquşması zamanı Azərbaycan tərəfinin zərbələri nəticəsində 140-a yaxın ölən və itkin düşən, 500-dək yaralanan erməni döyüşçüsü var.

Bir neçə saat öncə isə APA Agentliyi beynəlxalq mənbələrinə istinadən Ermənistanın hərbi rəhbərliyinin cəbhə xəttindəki son insident zamanı olan itkiləri ictimaiyyətdən gizlətmək üçün meyitlərin bir hissəsini və yaralıların əksəriyyətini işğal altındakı Azərbaycan ərazilərində saxlaması barədə məlumat yayıb.


Həmçinin işğal altındakı Ağdərə rayonu və kəndlərində erməni hərbi qulluqçusu və polislərdən başqa bütün mülki əhali yaşayış yerlərini tərk edib.

Ermənistan hakimiyyəti isə əhalinin, əsasən də gənclərin yaşayış məntəqələrini tərk etmələrinin qarşısı almaq məqsədi ilə Əsgəran şəhərinin çıxışında post yaradıb. Rayonu tərk edən əhali həmin postda saxlanılaraq təmas xəttindəki mövqelərə göndərilirlər.



Açar sözlər:

Oxunub: 7771