BBC Qarabağda baş verənlərdən yazdı


03:18     04 Aprel 2016 1459709318.jpg

Britaniyanın məşhur yayım şirkəti BBC Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cəbhə bölgəsindəki son hadisələrlə bağlı açıqlamasına reaksiya verib.



Femida.az xəbər verir ki, BBC Azərbaycan tərəfinin cavab tədbirlərini birtərəfli qaydada dayandırdığını bildirib.

Məqalədə qeyd edilir ki, beynəlxalq qurumların müraciətlərini nəzərə alaraq Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb. Bununla yanaşı, vurğulanır ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi təqdirdə hücum əməliyyatlarını davam etdirəcəyini bildirib.

Açar sözlər:

Oxunub: 1629