Şəhid Ravil Novruzov sabah dəfn olunacaq


03:34     04 Aprel 2016 600@0%20(9).jpg

Aprelin 2-nə keçən gecə cəbhədə gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi Ravil Elman oğlu Novruzov sabah doğulduğu Xızı rayonu Giləzi qsəbəsində dəfn ediləcək.

Femida.az-ın məlumatına görə, bu barədə Xızı rayonu icra baçısının müavini Azər Əlizadə bildirib. Ravil Elmanoğlu Novruzov 1986-cı ildə Xızı rayonunda anadan olub.

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Açar sözlər:

Oxunub: 2614