Saxta `siyasi qaçqın` statusunu necə almaq olar? - Mirzə Sakit danışır


21:01     13 Aprel 2015 mirze_sakit.jpg

Belçikada yaşayan keçmiş AXCP üzvü Mirzə Sakit Femida.az-a müsahibə verib.

- Saxta siyasi qaçqın statusu ilə Avropaya sığınanlar arasında tanışlarınız varmı?

- Əlbəttə, var. Hazırda heç nəyə qarışmırlar.

- Saxtalaşdırma daha çox hansı sənədlərdə olur?
- Ümumiyyətlə, müəmmalı sənədlərlə gələnlər çoxdur.

- Bu il gələnlər daha çox hansı iddialarla xaricə üz tutublar?
- Guya, təqib ediliblər. Kim tərəfindən, niyə təqib edilməkləri isə məlum deyil. Dəqiq say haqda məlumatım yoxdur. Almaniyada yaşayan dostumun dediyinə görə, son iki ayda iyirmiyə yaxın ailə Almaniyaya gəlib.

- Avropa əvvəlki kimi saxta statuslulara inanırmı?
- QHT- lər buna yaxşı imkan yaradırdı, siyasi partiyalar, saxta sənədlər düzəldirdi. Avropaya gələn insanlara son zamanlar rəsmi oturum haqda sənəd vermirlər, çünki dərindən araşdırırlar və Azərbaycandakı hüquq müdafiəçilərinə, bəzi tanınmış siyasi adamlara müraciət edib onlar haqda sorğu tələəb edirlər. Sorğu da müsbət cavablanmayanda həmin qaçqınlara neqativ sənədlər verirlər. Yəni ki. qaçqının dedikləri öz təsdiqini tapmır.

- Siz və Niyaməddin Orduxanlı olmasa, hamı unudar ki, Əli Kərimli var.
- Mən heç vaxt Əli Kərimli haqda danışmamışam. Bildiklərimi danışıram. Hamı həqiqəti bilməlidir.

- Sizə keçmiş müxalifətçi demək olar?
- Mən həmişə, hər şeyə müxalifəm. Hakimiyyətdə kimin olmağından asılı olmayaraq müxalifət olaraq qalacağam. Yeri gələndə daha çox müxalifətə də müxalifəm.

- Belçika iqtidarına da müxalifsiniz?
- Burada krallıqdır. Bir-iki dəfə yerli mətbuatda tənqid etmişəm.

- Necə reaksiya veriblər?
- Çox normal.

- Orada nədən narazı idiniz?
- Kralın əslində elə bir səlahiyyəti yoxdur, sadəcə olaraq simvolik xarakter daşıyır, yəni ki öz keçmişlərini ununtmamaq üçün bir çox ölkələrdəki kimi burda da Krallıq var. Həmin Krala və onun ailəsinə hər il dövlətdən külli miqdarda pul ayrılır.. Kralın ayrıca malikanəsi var, ən azı 10 hektarlıq yeri əhatə edir. Bir sözlə müftəxordu... Amma deyəsən bu ildən Krala ayrılan məbləği azaldıblar..

- Məbləğ atamın deyil. Etirazımı bildirmək istədim.
- Söhbət üçün təşəkkür ediərm.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 17043