Masallıda çayxana yandı


15:14     04 Aprel 2016 blank.jpg

Masallıda gecə saatlarında çayxanda baş verib.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, rayonun İkinci Yeddioymaq kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli çayxananın yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 884